Bakıda qadının xəstəxanaya aparılması üçün FHN çağırıldı


Bakıda qadını xəstəxanaya aparmaq üçün nazirliyə zəng edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakının Suraxanı rayonunda 1952-ci il təvəllüdlü qadının xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün FHN-ə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Xilasedicilərin köməkliyi ilə vətəndaş dördüncü mərtəbədəki mənzildən aşağı düşürülüb, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinə mindirilərək həkim briqadasına təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top