Saakaşvili siyasətdən gedir


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili siyasətdən gedir və özünün qurduğu Vahid Milli Hərəkat Partiyasını tərk edir.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Valeri Qelbaxiani məlumat yayıb.
“Mixeil Saakaşvilinin indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir”, - deyə o qeyd edib.
Qeyd edək ki, Saakaşvili hazırda Tbilisidəki “Vivamed” klinikasında müalicə alır.

 

DİGƏR XƏBƏRLƏR

Top