Azərbaycan Prezidenti Salome Zurabişviliyə başsağlığı verdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı verib.

Yeniavaz.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:
“Hörmətli xanım Prezident,

Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

DİGƏR XƏBƏRLƏR

Top