Azərbaycanın Ukraynadakı səfirliyi müraciət yaydı


Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, səfirlik Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir:

- Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq;

- Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər hərbi obyektlərdən uzaq durmaq;

- Ölkə daxilində səfər edərkən diqqətli olmaq, marşrutu ehtiyatla seçmək, təhlükəsizliyinə mümkün qədər əmin olmaq;

- Ciddi ehtiyac olmadıqca əhalinin sıx toplaşdığı ictimai yerləri ziyarət etməmək;

- Ölkə daxilində nəzarət məntəqələrinin fəaliyyət göstərdiyini nəzərə alaraq şəxsiyyəti təsdiq edən etibarlı sənəd gəzdirmək;

- Komendant saatlarına və səlahiyyətli orqanların digər təhlükəsizlik tələblərinə riayət etmək;

- Etibarlı səyahət sənədlərini hazır vəziyyətdə saxlamaq (etibarlı sənədləri olmayan vətəndaşlarımızın sənədlərinin mümkün şəkildə qaydaya salınması üçün səfirliklə əlaqə saxlamaları xahiş olunur);

- Olduqları yerə yaxın ərazilərdə mövcud sığınacaqları bilmək, hava həyəcanı zamanı sığınacaqda daldalanmaq, mümkün olmadığı təqdirdə binaların alt mərtəbələrində sığınmaq, pəncərə və qapılardan uzaq durmaq, vəziyyətlə bağlı rəsmi məlumatları izləmək;

- Fövqəladə vəziyyət yarandıqda səfirliklə əlaqə saxlamaq;

- Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;

- Ukraynaya səfər etmək niyyətində olan vətəndaşlarımızın ciddi ehtiyac olmadıqca səyahətlərini təhlükəsizlik şəraiti yaxşılaşanadək təxirə salmaları.

Səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:

Telefonlar: 044 484 69 40, 073 505 00 00, 099 408 99 43 (zənglərin çox olması səbəbindən ilk zəngdən əlaqə yarada bilmədikdə az sonra təkrar zəng edilməsini xahiş edirik)

Elektron poçt: [email protected]

Ünvan: Kiyev şəhəri, Qlıboçitska küçəsi, 24

https://www.facebook.com/AzEmbUkraine

Konsulluq şöbəsinin qəbul saatları:

Müraciətlərin qəbulu – 10:00-13:00

Hazır sənədlərin verilməsi: 15:00-17:00

Qeyd olunub ki, şənbə, bazar və rəsmi qeyri-iş günlərində vətəndaşların qəbulu təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda və öncədən qeydiyyat əsasında aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top