Baş Prokurorluqdan saytlar və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq


"Aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
"İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb.
Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur", - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top