Ad günündə öldü zənn etdilər, xəstəxanada həyata qaytarıldı


Bakının Sabunçu rayonunda dəniz kənarında ad günü mərasimi təşkil edən şəxs dənizdə boğulub.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb.
1991-ci il təvəllüdlü Müşviq İsmayılov dənizdə çimərkən boğulub. Yaxınları onu ölmüş zənn edib. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 nömrəli xəstəxanaya yerləşdirilib. Reanimatoloqlar onu həyata qaytara bilib.

DİGƏR XƏBƏRLƏR

Top