Türkiyə ilə Rusiya arasında “Bayraktar” pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə danışıqlar aparılmır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə məlumat əsassızdır, bəhs edilən PUA-ları isə Türkiyə dövləti yox, özəl bir şirkət istehsal edir.