Azərbaycan Gürcüstana başsağlığı verdi


“Azərbaycan bu çətin zamanda Gürcüstanın yanındadır”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı İlya Darçiaşviliyə tvitter hesabında ünvanladığı başsağlığında bildirib.

XİN başçısı Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması barədə xəbərdən çox kədərləndiyini qeyd edib:
“Biz həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk”.
Xatırladaq ki, bu gün Gürcüstanda Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top