
Türkiyənin Milli Təhsil Nazirliyi ölkədəki suriyalı şagirdlərin türk dilini yaxşıöyrənə bilməsi üçün 4200 müəllimi müvəqqəti işə götürəcək. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, Milli Təhsil Nazirliyi və Avropa İttifaqı arasında imzalanmış “Suriyalı şagirdlərin türk təhsil sisteminə inteqrasiyası” layihəsi çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Aİ suriyalı şagirdlərin sistemə inteqrsiya ola bilmələri üçün 300 milyon avro dəstək verəcək. İşə götürüləcək müəllimlərin məvacibləri də layihə çərçivəsində qarşılanacaq. Hazırda Türkiyədə təhsilini davam etdirən 151 min əcnənbi şagirdin 99 faizini suriyalılar təşkil edir.
Tətbiqimizi yükləyə bilərsiniz