Ali təhsil müəssisələrimiz reytinqlərdə nə üçün geri qalır? – Nazir açıqladı


Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbini açıqlayıb.
Yeniavaz.com 
xəbər verir ki, nazir bu barədə AZTV-yə müsahibəsi zamanı danışıb. O bildirib ki, ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının bir neçə səbəbi var:
Səbəblərdən biri budur ki, ali təhsil müəssisələrində müəyyən elmi-tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil, biz elmi tədqiqat potensialımızı müxtəlif qurumlara parçalayıb fəaliyyət göstəririk. Bu baxımdan qarşılıqlı əməkdaşlıq olduqca vacibdir. Mən əminəm ki, ali təhsil müəssisələri elmi tədqiqat institutlarından, elmi təşkilatlardan çox şey öyrənə bilər”.
Nazir həmçinin qeyd edib ki, bu sahədə görüləcək işlər, fəaliyyətlər ali təhsil müəssisələrinə ciddi töhfə verəcək.

 

DİGƏR XƏBƏRLƏR

Top