Bərdədə narkotik satan qadın saxlanıldı


Bərdədə qanunsuz narkotik dövriyyəsində və kultivasiyasında şübhəli bilinən 3 nəfər istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşları tərəfindən şübhəlilər - rayon sakinləri Əfsanə Quliyeva və Rəşad Mahmudov saxlanılıb.

Ə.Quliyevanın yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin və metamfetamin, R.Mahmudovun evindən isə 16 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Bundan başqa narkotiklərin kultivasiyasında şübhəli bilinən Şamil Yusibov da saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 26 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top