Nazirlik Sədərək Ticarət Mərkəzini məhkəməyə verib - 7 dəfə təxirə salınıb


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti “Sədərək” Firamasına (Sədərək Ticarət Mərkəzi) qarşı məhkəmə iddiaları qaldırıb.
Yeniavaz.com
 xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin maraqlı tərəf kimi iştirak etdiyi məhkəmə prosesi 4 aydır davam edir.
Dövlət Xidmətinin iddiası əsasında Bakı Kommersiya Məhkəməsində aprel ayının 19-dan iyul ayının 28-ə kimi 7 iclas keçirilib və hamısı təxirə salınıb. Növbəti - 8-ci məhkəmə iclası 09.08.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə keçiriləcək.  
Məlumat üçün bildirək ki, “Sədərək” Firaması 22.11.1995-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 220 manat olan firmanın hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Bilal Niftaliyev, ev 45, m. 60-da yerləşir. Firmanın qanuni təmsilçisi Yunis Qədimbəylidir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top