"Bizi qorxudurlar ki, girəcəyik içəri, sizi 10-cu mərtəbədən atacağıq" - Video


Xəbər verdiyimiz kimi
, Bakıda yaşadıqları binadan köçmək istəməyən sakinlərin mənzillərinin qapılarının sındırıldığı, evlərinin yararsız vəziyyətə salındığı iddia edilib. Bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə hesabında paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, hadisənin şahidləri Meydan TV-yə danışıblar.
Onlar bildirib ki, iyulun 27-si səhər 10 radələrində baş verən dağıntıya Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları rəhbərlik edib.
“Elə sındırırdılar ki, dəhşət vəziyyətdə. Özü də iki tərəfli başladılar, o tərəfi də mənim başımın üstündə sındırmışdılar. Bizi qorxudurlar ki, girəcəyik içəri, qapıları sındıracayıq, sizi küçəyə atacağıq, 10-cu mərtəbədən atacayıq. Belə söhbətlər var”, - bina sakini Cəmilə Məmmədova deyib.
Söhbət Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin inşasına görə söküntüsünə sərəncam verilən binadan gedir. Söküntü qərarı 2021-ci ilin noyabrında verilib. Lakin mülkiyyətçilər hər kvadrat metrə görə onlara verilən 2200 manatlıq konpensasiya ilə razılaşmayıblar.
Sakinlər ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir. 2022-ci ilin yanvarında hakim müvəqqəti xarakterli tədbir kimi qərardad çıxarıb. Bu qərara əsasən, məhkəmə yekun nəticəyə gələnə qədər icra hakimiyyəti və başqa strukturlara binanın hasarını uçurmaq, tikilinin konstruksiyasını sökmək, kommunikasiya xətlərini ayırmaq qadağan edilib.
“Bu evi almadan söküb dağıdıblar. Evin yiyəsi Solmaz xanımdır, heç xəbəri də yoxdur. Hazırda 17 ailə yaşayır. Binanı elə camaatın başına uçurdurlar”, - binanın komendantı İmran Məmmədov deyib.
Bakı Şəhər İcra Hakimiyyətindən deyilənlərə münasibət almaq mümkün olmayıb.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top