Kim Çen In: “Nüvə silahından istifadəyə hazırıq”


Şimali Koreya lideri Kim Çen In növbəti dəfə qalmaqallı açıqlama yayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Kim Çen In yaydığı bəyanatda ölkəsinin xarici təhlükələrə qarşı nüvə silahından istifadə etməyə hazır olduğunu qeyd edib. Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatı açıqlama yayıb. Bildirilib ki, Şimali Koreyanın bu cür açıqlamaları qəbuledilməzdir:
"Biz bu cür ölümcül silahlardan istifadə ilə bağlı hər hansı ritorikaya qarşıyıq və Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsinə dair danışıqların bərpasına çağırmaqda davam edirik".
 

DİGƏR XƏBƏRLƏR

Top