
Moldova parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətini daha 60 gün uzadıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Moldova hökuməti məlumat yayıb.
Ölkə müxalifəti isə qərara etiraz edərək iclası boykot edib.
Məlumat üçün deyək ki, Moldovada fövqəladə vəziyyət Ukraynada gedən müharibəyə görə tətbiq edilib.