Çin Prezidenti Baydenə: “Odla oynayan yanacaq” - Yenilənib


Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, Si Cinpin Baydenlə gündəmdəki digər məsələlərlə birgə Tayvanı da müzakirə edib. Cinpin Baydenə Tayvanla bağlı məsələdə xarici qüvvələrin müdaxiləsi barədə xəbərdarlıq edib. O, “odla oynayan özünü yanacaq”, - deyə bildirib. Bayden isə çıxışında Çin tərəfdən gələ biləcək təhlükələr barədə qarşı tərəfə fikirlərini söyləyib.

***20:34

ABŞ Prezidenti Co Baydenlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında telefon danışığı baş tutub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, danışıq iki saatdan çox davam edib.
Qeyd edək ki, tərəflər Ukraynadakı müharibəni, Hind-Sakit okeanı regionundakı vəziyyəti və digər problemli məsələləri müzakirə ediblər.
 

DİGƏR XƏBƏRLƏR

Top