İran Milli Bankı “Xalq Sığorta”nı məhkəməyə verdi


İran Milli Bankının Bakı filialı “Xalq Sığorta” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib. 
İddianın sığorta müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir. 
Məlumat üçün bildirək ki, “Xalq Sığorta” ASC ölkənin aparıcı sığorta şirkətlərindən biridir. Bu ilin ilk yarısında “Xalq Sığorta”nın sığorta yığımları 22,9 milyon manat olub və bu göstəriciyə görə 20 sığorta şirkəti arasında 4-cü sırada yer alıb.
“Xalq Sığorta” ASC  ilə bağlı maraqlı məqamlardan biri odur ki, Vergilər Xidmətinin reyester məlumatlarında ASC barəsində məlumatlar mövcud deyil. Eyni zamanda “Xalq Sığorta” ASC-nin səhmdarları olan “İdeal Biznes Ko” MMC 50%) və “Yevro Standart” MMC (50%) barəsində məlumatlar da reyesterdə yoxdur. Məlum olan odur ki, bu şirkətlər həm də “Xalq Bank” ASC-nin əsas səhmdarlarıdı. “Xalq Bank” ASC-nin hesabatında hər iki şirkətin hüquqi ünvanı kimi “Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” yerləşir. “Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top