İrəvanda Türkiyə vətəndaşının meyiti tapılıb - Foto


Dünən Ermənistanın paytaxtı İrəvanın Şenqavit rayonu ərazisində Türkiyə vətəndaşının meyiti tapılıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, meyit Araratyan küçəsi 62/23 ünvanında fəaliyyət göstərən “Urban Logistics Services” şirkətinin həyətində Türkiyə dövlət nömrə nişanlı “İveco” markalı yük maşınının yanında olub.  Məhkəmə-tibb həkiminin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib. Faktla bağlı Şenqavit şəhərinin istintaq şöbəsində cinayət işi başlanıb. Müstəntiqin qərarı ilə meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top