“Əlilliyinin bərpası 6 aydan çox çəkən şəxslərə əvvəlki ayların pensiyası ödənilməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat" verilişində vətəndaşların suallarını cavablandırarkən deyib.
"Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur”, - deyə, DSMF-nin departament müdiri bildirib.