Azərbaycanda zəlzələ olub


İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top