İsrail səfirindən “Təbrizin sehrli nağılları” təklifi


İsrailin Azərbaycandakı səfiri Corc Dik gündəm olan kitabla bağlı maraqlı təklif irəli sürüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə səfir tvitterdə paylaşım edib:

““Təbrizin sehrli nağılları” kitabını hədiyyə olaraq əldə etmək istəyərsinizmi? Kağıza “Mən Təbrizin sehrli nağıllarını sevirəm” yazın, bunu sosial media hesabınızda paylaşın və mənim adımı qeyd edin. İlk 20 nəfər kitabı hədiyyə olaraq əldə edəcək”.

Məlumat üçün deyək ki, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitterdə “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşım etmişdi. Foto İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olmuşdu. İran səfiri və səfirliyi məsələ ilə bağlı İsrail səfirinə təhdid xarakterli cavab vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top