
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının C liqasında növbəti oyununu baş tutub.
Yeniavaz.com xəbər verir ki, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma komanda San Marinoda keçirilən yarışda Ermənistanla qarşılaşıb.
Oyun basketbolçularımızın inamlı qələbəsi ilə başa çatıb. Millimiz erməniləri 76: 65 hesabı ilə məğlub edib.
Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib. Təmsilçimiz Ermənistan yığmasından öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
Tətbiqimizi yükləyə bilərsiniz