Bakıda doğum evində körpənin ölümü ilə bağlı araşdırma başladıldı - Yenilənib

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum evi) körpə ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, körpənin ölümünün səbəbinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) körpənin öldüyü və meyitin həkimlər tərəfindən doğum evindən qaçırılması ilə bağlı iddialar yayılıb.


***19:16
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (6 saylı Doğum Evi) ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı iddialara aydınlıq gətirib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Əkbərova Züleyxa Tahir qızı 30.06.2022-ci ildə 39-40 həftəlik hamiləliklə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna daxil olub:

"Doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması, tənəffüs çatmazlığı qeydə alınıb. Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulub.

Vəziyyətin ağırlığı ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduqdan neonatal koma vəziyyətində olub".

Doğum evindən o da bildirilib ki, 26 gün şöbədə kliniki, laborator, funksional müayinələrdən keçirilən körpə kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya olunub. Poliorqan çatmazlığı nəticəsində tələf olub:

"Ölüm diaqnozu ağır asfiksiya, neonatal koma, III dərəcəli mədəcik daxili qansızma, qıcolması, ketalohematoma olub. Meyit təşrihə verilib. Patomorfologiya müayinəsi nəticəsində ölüm səbəbi dəqiq bəlli olacaq".

O da qeyd olunub ki, mütəmadi olaraq həkim tərəfindən uşağın ailə üzvlərinə vəziyyəti ilə bağlı məlumat verilib, hətta davamlı şəkildə ailə üzvlərinin körpə ilə görüşü təşkil olunub: “Müəssisəmizdə bununla bağlı video sübutlar da mövcuddur”.

Qeyd edək ki, ölmüş körpənin ailəsi meyitin onlardan xəbərsiz Doğum evindən qaçırıldığını bildirib. Ailə, həmçinin körpənin həkim səhlənkarlığından öldüyünü iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top