Nazirlik rəsmisi intihar fikrində olan qazilərdən danışdı - Video


“İntihar fikri olan qazilərin aktiv bir müalicəyə ehtiyacı var”.
Yeniavaz.com
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova “Postmüharibə dövründə reabilitasiya” mövzusunda danışarkən deyib.
“Bu müalicə stasionarda deyil, hətta ev şəraitində, yəni ambulatorda aparılsa belə, həmin müddətdə qazinin işləməsi tövsiyə edilmir. Çünki həmin şəxslərin fikri hansısa məsuliyyəti yerinə yetirməkdə deyil və bu mümkün də deyil ki, belə olsun. Onun fikri beynində onu narahat edən məsələlərlə - travması, gələcəyini qaranlıq görməsi ilə məşğuldur. Və biz mümkün qədər tez bir zamanda onu bu vəziyyətdən çıxarmalıyıq. Həmin müddətdə də məntiqən onun işləməsi tövsiyə edilmir”, - A. Cabbarova bildirib.

DİGƏR XƏBƏRLƏR

Top