İyulun 27-i səhər saatlarında Türkiyənin İraqın Mosul şəhərindəki konsulluğuna hücum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu hücumu ən sərt şəkildə qınayır və məsuliyyət daşıyanların ən qısa zamanda ədalət qarşısında cavab verməsini gözləyirik. Biz İraq hakimiyyətini diplomatik və konsulluq nümayəndəliklərini qorumaq üçün öz öhdəliklərini yerinə yetirməyə çağırırıq.
Bu hücumun İraq rəsmilərinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclası zamanı ölkəmizin haqsız yerə ittiham olunduğu və hədəf alındığı bir vaxtda baş verməsi ağır və düşündürücüdür.
Bu münasibətlə biz İraq hakimiyyətinə çağırışımızı bir daha bildiririk ki, diqqəti terrorizmlə mübarizəyə yönəltsin və onların ərazisində qonşu ölkələr və diplomatik nümayəndəliklər üçün təhlükə yaradan terrorçuların mövcudluğuna son qoysun”, -məlumatda bildirilib.