Azərbaycan millisi bu gün Ermənistanla qarşılaşacaq


Bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Yeniavaz.com Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.


DİGƏR XƏBƏRLƏR

Top