Qazi: "Azər üzr istəsin və həmin videonu paylaşsın" - Video+Yenilənib


"İki gündür telefonlarımız susmur. Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videoda görmüşəm, külək idi deyə, eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib". 

Yeniavaz.com xəbər verir ki, bu sözləri aparıcı Azər İsmayılovun (Azər Zahid) "Onsuz da saya bilməyəcəksən" dediyi qazi Amil Əliyev Manset.az-a açıqlamasında deyib.
Amil Əliyev bildirib ki, onun gözünün müalicəsi var, amma bunun üçün müəyyən vəsait lazımdır:
"Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, xarici ölkələrdə mənim gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Mənim efirə, canlılara çıxmağa nə istəyim, nə marağım yoxdur. Özümü göstərmək fikrində deyiləm".
Qeyd edilib ki, Amil İkinci Qarabağ müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.


***11:46
Azərbaycanlı aparıcı Azər Zahidin qazilərlə görüşü zamanı səsləndirdiyi ifadə sosial şəbəkədə müzakirələrə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, hadisə aparıcı qazilərə pul ianələri verərkən yaşanıb. Belə ki, A. Zahid gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə zərfin içərisində pulu verərkən "Onsuz da saya bilməyəcəksən", - deyib. 
Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Aparıcı məsələ ilə bağlı Baku.ws-ə açıqlama verib. O, sözügedən videonun bütöv versiyasını kəsib paylaşanların onu nüfuzdan salmaq istədiyini bildirib: "Videoda 3 qazi var. Mən maddi yardım olaraq öz cibimdən hərəsinə 1000 dollara yaxın, təxmini 1600 AZN pul vermişəm. Yayılan görüntülər həqiqəti əks etdirmir. O videonun uzun versiyası var. Sadəcə məni gözdən salmaq istəyənlər o hissəni kəsərək paylaşıb. "Sən onsuz da saya bilməyəcəksən" sözlərini dediyim qazinin xalası oğlu da orada idi. O məqsədlə dedim ki, yəni pulları xalan oğlu sayar".

DİGƏR XƏBƏRLƏR

Top