Avropanın maye qaza olan tələbatının 47%-ni ABŞ təmin edib


Ukrayna müharibəsi ABŞ-ı dünyanın ən böyük LNG (Liquefied Natural Gas – Mayeləşdirilmiş Təbii Qaz) ixracatçısına çevirib.
Yeniavaz.com
ABŞ-ın Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanan məlumata istinadən bildirir ki, ABŞ 2022-ci ilin birinci yarısında dünyanın ən böyük LNG (maye qaz) ixracatçısı olub. 2021-ci ilin ikinci yarısı ilə müqayisədə ABŞ -ın LNG ixracı 2022-ci ilin birinci yarısında 12% artaraq gündə orta hesabla 11,2 milyard kubfut təşkil edib.
ABŞ bu ilin ilk beş ayı ərzində ən çox Aİ ölkələri və Böyük Britaniyaya LNG ixrac edib. ABŞ-ın ümumi ixracının 64%-i Aİ ölkələri və Böyük Britaniyanın payına düşüb. 2021-ci ildə olduğu kimi, bu ilin ilk yarısında da Avropanın ümumi LNG idxalının 47%-i ABŞ-dan gəlib. İkinci yerdə 15%-lə Qətər, üçüncü yerdə isə 14%-lə Rusiya yer alıb.
Məlumat üçün qeyd edək ki, 2021-ci ildə 108,1 milyard kubmetr ixrac həcmi ilə Avstraliya dünyanın ən böyük LNG ixracatçısı olub. İkinci yerdə Qətər, üçüncü yerdə isə ABŞ qərarlaşıb. Çin 2021-ci ildə dünyanın ən böyük LNG idxal edən ölkəsi olub. Ötən il Çin 109,5 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib. Çindən sonra 101,3 milyard kubmetr idxalla Yaponiya qərarlaşıb. 2021-ci ildə qlobal LNG ticarətinin ümumi həcmi 516 milyard kubmetr təşkil edib.

 

DİGƏR XƏBƏRLƏR

Top