Türkiyə ordusu 2 şəhid verdi - Fotolar


Türkiyə ordusu 2 şəhid verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“26 iyul 2022-ci il tarixində Fərat Qalxanı Əməliyyat Bölgəsində separatçı terror təşkilatı üzvləri tərəfindən edilən təcavüz atəşindən sonra əsgər Mövlud Yoğurtçu və əsgər Mert Otal yaralanaraq xəstəxanaya çatdırılıblar, lakin edilən bütün müdaxilələrə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb, şəhid olublar”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top