Liz Trass Rusiyadan danışanda aparıcı huşunu itirdi - Video


Mühafizəkarlar Partiyasınının lideri və Böyük Britaniyanın baş naziri vəzifəsinə namizədlər xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak arasında ikinci debat teleaparıcı Keyt Makkenin huşunu itirməsi səbəbindən yarımçıq qalıb.
Yeniavaz.com
xəbər verir ki, debat “TalkTV” və “The Sun” kanallarında yayımlanıb.
L. Trass dünya səhnəsində Rusiyaya müqavimət göstərmək üçün seçicilərin gücünə və dəstəyinə malik olub-olmaması sualına cavab verən zaman aparıcı huşunu itirib. Bundan sonra debatın yayımı dayandırılıb.
Daha sonra “TalkTV” sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərdən üzr istəyib.
Qeyd edək ki, 7 iyulda Böyük Britaniyanın baş naziri Boris Conson tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top