Çinin bu addımları böyük insidentə səbəb ola bilər - Pentaqon


Pentaqon Çin Ordusunun Asiyada fəaliyyətindən narahatdır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, ABŞ-ın Müdafiə Nazriliyi Pentaqon Çin hərbçilərinin Qərb təyyarə və gəmilərinə qarşı hərəkətlərinin böyük insidentlə nəticələnə biləcəyini açıqlayıb.
“Son beş il ərzində ABŞ, müttəfiqləri və Cənubi Çin dənizi üzərində beynəlxalq hava məkanında qanuni fəaliyyət göstərən tərəfdaşlar da daxil olmaqla, təhlükəli hərəkətlərin sayı kəskin şəkildə artıb. Təkcə cari 6 ayda onlarla təhlükəli hadisə baş verib. Əgər bu istiqamətdə fəaliyyət davam edərsə, Asiya regionunda Çinlə bağlı xoşagəlməz hadisə olacaq”, - deyə qeyd olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top