Conson Zelenskiyə “Çörçill” mükafatını təqdim etdi


Böyük Britaniyanın Baş naziri Boris Conson Uinston Çörçill adına Beynəlxalq Mükafatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, mərasim Consonun Dauninq küçəsindəki iqamətgahında keçirilib və Zelenski videobağlantı vasitəsilə orada iştirak edib.
“Mən bilirəm ki, sizin rəhbərliyinizdən ruhlanan Ukrayna qalib gələcək və o gün gələndə Ukrayna yenidən ayağa qalxacaq, azad və müstəqil ölkə kimi öz yerini tutacaq”, - deyə Conson mükafatı verərkən deyib.

 

DİGƏR XƏBƏRLƏR

Top