AMEA-nın rəhbəri AzTV-nin süjetindən danışdı: “Mən tapşırmışam”


Xəbər verdiyimz kimi
, Azərbaycan Dövlət Televiziyası (AzTV)  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti barədə tənqidi süjet hazırlayıb. AzTV-nin AMEA-nı tənqid edən süjeti qurumun rəsmi veb-saytında da yayımlanıb.
Yeniavaz.com
xəbər verir ki, AMEA-nın prezidenti vəzifələrini rica edən Arif Həşimov AzTV-nin akademiya barədə tənqidi süjetinin qurumun rəsmi saytında yerləşdirilməsi məsələsinə münasibət bildirib.
A.Həşimov Manset.az-a açıqlamasında qeyd edib ki, bu, onun tapşırığı ilə edilib:
"AzTV-nin AMEA haqqında verdiyi süjet mənim tapşırığımla akademiyanın saytına qoyulub.  Biz akademiya olaraq tənqidə hazırıq. Hesab edirəm ki, hər kəs tənqidə açıq olmalıdır. Süjetdə haqlı tərəflər də var, haqsız tərəflər də. Hazırda yay vaxtı olduğu üçün bir çox əməkdaşlarımız məzuniyyətdədirlər. Digər tərəfdən yaradıcı insanlara saat rejimi qoymaq olmaz. Mən özüm və digər institutut direktorları saat 8-9 qədər AMEA-da oluruq. Belə yanaşma düzgün deyil. Bəlkə özündən razılıq kimi qiymətləndirilə bilər, ancaq mənə kimsə AMEA-nın nə daxili, nə xarici işini, ümumən iş prinsplərini öyrədə bilməz. Bundan əvvəlki AMEA prezidentləti zamanında bütün bu işləri mən görmüşəm. "
A.Həşimov yaşlı alimlərin gənclərə dəstək olmaması barədə fikirlərə də münasibət bildirib:
"Yaşlı alimlərimizin, xüsusən akademiklərin gənc nəslə dəstəyinə gəlincə, diqqətlə baxsaq, görərik ki, hər birinin nə qədər fəlsəfə doktorlarının, elmlər namizədinin yetişməsində, dərəcə almasında rolu olub. Mənim özümün 25-ə yaxın elmlər namizədinə dəstəyim var. 2002-ci ildə fizika institunun direktoru olanda 200-ə yaxın gənci işə götürmüşəm. Tənqidi qəbul etmək və nəticə çıxarmaq lazımdır".

DİGƏR XƏBƏRLƏR

Top