“Ermənistan və Azərbaycanın rəsmi nümayəndələri iki ölkə liderlərinin görüşü ilə bağlı danışıqlar aparırlar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasının idarə heyətinin üzvü Eduard Ağacanyan bildirib.
“Mən bildiyimə görə, liderlərin (Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan - red.) görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarixlər deyə bilmərəm”, - Ağacanyan deyib.