Erməni jurnalist Tatul Akopyan Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yoldan görüntülər dərc edib.
Yeniavaz.com xəbər verir ki, erməni jurnalist avtomobili ilə çəkilməkdə olan yolda hərəkət edib və azərbaycanlı inşaatçıları lentə alaraq təəccüblə bu ərazidə Rusiya sülhməramlılarının olmadığını bildirib.
“Azərbaycanlılar və türk şirkətləri yolun Böyük Qaladərəsi kəndi (Şuşa rayonunun kəndi - red.) yaxınlığındakı hissəsinin tikintisini yekunlaşdırır. Onlarla azərbaycanlı maşınlar, inşaatçılar, mühəndislər, sürücülər, asfaltçılar rusların iştirakı olmadan tikinti işləri aparırlar”, - T. Akopyan deyib.