
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasından danışıb.
Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, Ərdoğan çıxışı zamanı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması məsələsində qərarlı olduqlarını deyib:
“"Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycandır. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz bu məsələdə ciddiyik, qərarlıyıq. Ermənistandan deyilənlərdən əlavə daha ciddi addımlar gözləyirik”.