Zelenski ordunun xüsusi əməliyyatlar komandanını vəzifədən kənarlaşdırdı


Ukrayna Prezidenti Volodimir Zelenski ordunun xüsusi əməliyyatlar komandanı Qriqori Qalaqan vəzifəsindən uzaqlaşdırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, onun vəzifəsini Viktor Xorenko icra edəcək.
V. Xorenko indiyədək Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi ehtiyatlar qrupuna rəhbərlik edib.
Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanının vəzifədən uzaqlaşdırılması səbəbi isə açıqlanmayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top