Belə davam etsə İsveç və Finlandiyaya müsbət cavab verilməyəcək - Ərdoğan


İsveç və Finlandiya terrorçular məsələsində Türkiyədən güzəşt gözləməsin.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, İsveç və Finlandiya terrorçular məsələsində addım atmayıb:
“Hər iki ölkə Türkiyə ilə münasibətləri yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırır. Belə davam edəcəyi təqdirdə, Türkiyə sözügedən ölkələrin NATO-ya üzvlüyünə müsbət cavab verməyəcək”.

 

DİGƏR XƏBƏRLƏR

Top