Şəhidə həsr olunan futbolun final oyunu baş tutdu


Futbol Akademiyası tərəfindən şəhid Elvin Abdurrahmanovun xatirəsinə həsr olunan futbolun final oyunu baş tutub.
Yeniavaz.com
xəbər verir ki, Qəbələ rayonunda keçirilən ənənəvi futbol yarışlarının budəfəki turniri İkinci Qarabağ müharibəsində şəhid olan Elvin Abdurrahmanovun xatirəsinə həsr olunub. Final oyununa Qəbələ Futbol Akademiyasının rəsmiləri, məşqçi heyəti, Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri və Aprel döyüşlərində şəhid olan Sahil Şirinovun yaxınları dəvət olunub.
Finalda şəhid Elvin Abdurrahmanovun doğma kəndi Əmirvan və Yeni Dizaxlı komandaları qarşı qarşıya gəlib. Oyunun qalibi Əmirvan kənd komandası olub.
Qaliblərə medal ve diplomları şəhid valideynləri tərəfindən təqdim olunub.
Sonda qalib komandanın kuboku şəhid Elvin Abdurrahmanovun atası Əbülfəz Abdurrahmanova və anası Elmira Abdurrahmanovaya təqdim edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top