Sui-qəsddə öldürülən Abenin həyat yoldaşı qəzaya düşdü


Yaponiyanın qətlə yetirilən sabiq Baş naziri Şinzo Abenin həyat yoldaşı Akie Abe avtomobil qəzasına düşüb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə arxadan gələn mühafizə avtomobilin qarşıdakı maşına çırpılması nəticəsində baş verib.

Qəza zamanı xəsarət alan olmayıb.

Xatırladaq ki, Şinzo Abe iyulun Nara şəhərində çıxışı zamanı silahlı hücum nəticəsində dünyasını dəyişib. 
 

DİGƏR XƏBƏRLƏR

Top