Ölkədə istilik enerjisindən istifadə qaydaları hazırlanacaq - Fərman


Azərbaycanda istilik enerjisindən istifadə qaydaları hazırlanacaq.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Elektroenergetika haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.Fərmana əsasən, Nazirlər Kabineti “Elektroenergetika haqqında” qanuna uyğun olaraq istilik enerjisindən istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top