
Türkiyə-Ermənistan sərhədində mina partlayıb, 1 nəfər yaralanıb.
Yeniavaz.com “Kars Güncel”ə istinadən xəbər verir ki, hadisə Qarsın Arpaçay rayonunun sərhəd bölgəsində baş verib.
Bildirilib ki, partlayış mina təmizləmə işləri zamanı olub.
Yaralının xəstəxanaya aparıldığı qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz