Vətən müharibəsi iştirakçısı Cavid Bədəlli itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a onun atası Rafiq Bədəlov bildirib.
Onun sözlərinə görə, iyulun 19-da oğlu evdən çıxıb və bir daha geri dönməyib:
“Oğlum Neftçala rayonunda qeydiyyatdadır. 44 günlük Vətən müharibəsində iştirak edib. Doqquz aydır ki, həyat yoldaşı ilə Abşeron rayonun Xırdalan şəhərində yaşayır. Evdə həyat yoldaşı ilə kiçik söz-söhbəti olub. Nəticədə oğlum evdən çıxıb, hələ də qayıtmayıb. Gedərkən heç bir sənəd götürməyib”.
Onu görənlərdən 050-497-44-42 mobil nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.