Lerikin yeni icra başçısı Əkbər Abbasov kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Yeniavaz.com yeni başçı Əkbər Abbasovun dosyesini təqdim edir:
1988-ci il təvəllüdlü Əkbər Abbasov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.
Ə. Abbasov daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini, daha sonra isə direktor vəzifəsində çalışıb.
Yeni başçı həmçinin 2004-2005-ci illər üçün Prezident təqaüdçülərinin sırasında da olub.

DİGƏR XƏBƏRLƏR

Top