Masallının yeni icra başçısı DTX generalıdır - Dosye


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeniavaz.com
 xəbər verir ki, Araz Əhmədovun Dövlət Təhlükəsizlik Xidmətinin general-mayoru olub.
Əslən Ordubad rayonunun Biləv kəndindən olan Araz Süleyman oğlu Əhmədov uzun illər təhlükəsizlik xidməti orqanlarında çalışıb. Qarabağ müharibəsi veteranı, Qubadlı uğrunda döyüşlərdə iştirak etmiş  Araz Süleyman oğlu Əhmədov 1991-ci ildən 2006-cı ilə qədər Milli Təhlükəsizlik orqanlarında əməliyyat müvəkkilindən idarə rəisinədək vəzifələrində çalışıb. 1998-ci ildə mərhim prezident Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan dövlətçiliyinin qorunmasında, kəşfiyyat-təxribat fəaliyyətinin qarşısının alınmasında, əməliyyat-axtarış və  istintaq tədbirlərinin həyata keçirilməsində öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə mayor Əhmədov Araz Süleyman oğlu “Hərbi  xidmətlərə görə” medalı ilə təltif edilib. Daha sonra polkovnik rütbəsi alan Araz Əhmədov Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərmana əsasən general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Araz Əhmədov 2020-ci ildə “ Vətən uğrunda " medalı ilə təltif olunub. Ailəlidir, 1 oğlu, 2 qızı var. 

DİGƏR XƏBƏRLƏR

Top