
Xəbər verdiyimiz kimi, Azərbaycanlı MMA döyüşçüsü, yüngül çəkidə dünya çempionu Tofiq Musayev “Bellator” turnirində növbəti görüşündə məşhur döyüşçü Sidney Outlavla qarşılaşıb. T.Musayev Vaşinqtonda keçirilən döyüşün 27-ci saniyəsində rəqibini nokauta salaraq qələbə qazanıb.
Yeniavaz.com xəbər verir ki, T. Musayev bu gün Azərbaycana qayıdıb.
Döyüşçü hava limanının qarşısında böyük izdihamla qarşılanıb.
Həmin kadrları təqdim edirik: