"Azərbaycanın qaz üçün təklif etdiyi qiymət çox yüksəkdir" - Moldova Prezidenti


Moldova Prezidenti Maia Sandu bildirib ki, Rusiyanın “Qazprom” şirkətinin qışda onlara təbii qaz verəcəyindən əmin deyillər.
Yeniavaz.com
Moldova mətbuatına istinadən bildirir ki, prezident bunu TVR kanalında yayımlanan verilişdə deyib.
Maia Sandu bildirib ki, vətəndaşlar vəziyyətin çətin olduğunu başa düşməli və qışa hazırlaşmalıdırlar.
Eyni zamanda, Maia Sandu qeyd edib ki, hakimiyyət qışda vətəndaşları enerji resursları ilə təmin etmək üçün əlindən gələni edəcək.
Moldova prezidenti onu da qeyd edib ki, onlar təbii qazın tədarükü üçün Azərbaycanla danışıqlar aparırlar. Prezident deyib ki, Azərbaycanın təklif etdiyi qiymətlər çox yüksəkdir.

DİGƏR XƏBƏRLƏR

Top