“Hünər” MTK–nı məhkəməyə verdilər


“Hünər” Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com
xəbər verir ki, “Hünər” MTK-ya (VÖEN-1400546941) qarşı məhkəmə iddiası “Azsığorta” ASC tərəfindən qaldırılıb.
“Azsığorta” ASC tərəfindən qaldırılan iddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib. Məhkəmə iddiası sığorta müqaviləsi üzrə mübahisələrə əsasən qaldırılıb.
Məlumat üçün onu da bildirək ki, hazırda “Hünər” MTK-nın dövlət büdcəsinə 5 min 571 manat 52 qəpik vergi borcu da var.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top