SEPAH-ın yüksək səviyyəli raket mühəndisi qətlə yetirilib


İranlı yüksək səviyyəli raket mühəndisi bir neçə gün əvvəl İranın cənubunda öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri bir qrup iranlı müxalifə istinadla məlumat yayıb.
Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mühəndisi Səid Tamardar Mutlak Şiraz şəhərində qətlə yetirilib. O şəhid elan edilərək dəfn edilib. İran Milli Konqresi dəfn haqqında paylaşım edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani şənbə günü sosial şəbəkə hesabında yazıb:
“Elmi şücaətimizin qəhrəmanlarının qorxaqcasına öldürülməsi pərdəarxası terrorçuların məqsədlərinə çatmasına kömək etmədi. İranın dinc nüvə sənayesi çiçəklənməsini Rezainejad və onun yoldaşlarına borcludur. Onların qanı və elmi nailiyyətləri qorunacaq”.
Onun bu sözləri Səid Tamardar Mutlakinin öldürülməsinə görə yazdığı ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top