ABŞ Türkiyənin zərərsizləşdirdiyi terrorçuya görə başsağlığı verdi - Foto


ABŞ Türkiyənin zərərsizləşdirdiyi terrorçu ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Yeniavaz.com
 xəbər verir ki, sözügedən mesaj ABŞ Silahlı Qüvvələrinin rəsmi tvitter səhifəsində yayımlanb.
Mesajda deyilir:
“Suriya Demokratik Qüvvələri (SDQ) komandanının müavini Salva Yuşuk (digər adı ilə Ciyan Afrin) 2 qadın döyüşçü ilə birlikdə 22 iyul 2022-ci ildə Suriyanın Qamışlı yaxınlığındakı hücumda həlak olub”.
Paylaşıma iyulun 22-də Qamışlıda öldürülən “Ciyan Afrin” kod adlı Salva Yuşukun fotosu da əlavə edilib.
Terrorçunun Suriyada İŞİD-ə qarşı mübarizədə mühüm rol oynadığı bildirilib.
Qeyd edək ki, sözügedən terrorçular Türk Silahlı Qüvvələrinin iyulun 22-də keçirdiyi xüsusi əməliyyatla zərərsizləşdiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top